20/11/2018
16:51
1385
| A A A
Vitse-prezident futbolçuların satışından faiz götürüb

Monoco-nun vitse-prezidenti Vadim Vasilyev futbolçuların satışından böyük gəlir əldə edib.

Goal.az "Football Leaks"ə istinadən xəbər verir ki, Vasilyev klubdan ayrılan oyunçunun transfer məbləğinin 10 faizinə sahib olub. Beləliklə, vitse-prezident 2015-2016 maliyyə dövrü ərzində 5,3 milyon avro, növbəti dövrdə isə 5,4 milyon avro qazanıb. Cari maliyyə dövrünün yekunları üzrə Vasilyevin transferlərdən daha çox gəlir əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, Monaco uğursuz çıxışların ardından baş məşqçi Leonardo Jardim ilə yollarını ayırıb və komanda Tyerri Anriyə həvalə olunub. Komanda hazırda 13 turdan sonra Fransa çempionatında 7 xalla 19-cu pillədə qərarlaşıb.