03/12/2018
16:09
1740
| A A A
Neymar 45 il əvvəlki nəticəni təkrarladı

PSG-nin hücumçusu Neymar Fransa çempionatının 15-ci turunda Bordeaux-la oyunda fərqlənib. Goal.az xəbər verir ki, brazilyalı 34-cü dəqiqədə hesabı açıb. Bu qol Neymar üçün Fransa çempionatında keçirdiyi 32 matçda 30-cu qol olub. Beləliklə, braziliyalı son 45 ildə Liqa1-də ən məhsuldar futbolçu kimi tarixə düşüb. Hücumçu həm də Çempionlar Liqasında ən çox qol vuran braziliyalıdır.