04/12/2018
16:32
1071
| A A A
PSG-Montpellier oyunu təxirə salındı

Fransa çempionatının 17-ci turu çərçivəsində dekabrın 8-də keçirilməli olan PSG-Montpellier matçı təxirə salınıb. Goal.az xəbər verir ki, bu qərar Paris polisinin xahişi ilə qəbul olunub. Oyunun nə vaxt keçiriləcəyi bilinmir. Xatırladaq ki, bir neçə gündür ki, Parisdə tətillər səngimir. Yanacağın qiymətinin artırılamasına qarşı çıxan parislilər şəhərdə yolları bağlayıb, barrikadalar qurub. Dekabrın 8-də daha böyük aksiyanın olacağı deyilir. PSG-Montpellier matçı həmin günə təsadüf etdiyindən təxirə salınıb. Polis təhlükəsizliyi təmin edə bilməyəcəyini deyib.