09/12/2018
14:44
5300
| A A A
Ya Neymar, ya da Mbappe
PSG-nin iki ulduzu - NeymarKilian Mbappe ilə bağlı şok xəbər yayılıb. 
Goal.az xəbər verir ki, Paris klubunun iki futbolçudan birini satacağı iddia olunub.
PSG Neymarı Barcelona-dan 222, Mbappeni Monaco-dan 180 milyon avroya almışdı. İddia olunurdu ki, fransızla bu transferlərlə birlikdə UEFA-nın Maliyyə Fair-Play qaydalarını pozub. Lakin Avropa futbol qurumu bunu görməməzlikdən gəlib. 
Məşhur "L'Equipe" qəzetinin iddiasına görə, Paris klubunu ağır cəza gözləyir. Belə ki, UEFA klubla bağlı araşdırmalar aparır və nəticə yaxın günlərdə açıqlanacaq. Qəzet iddia edir ki, PSG rəhbərliyi mümkün cəzadan canını qurtarmaq üçün iki ulduzdan birini satmaq qərarına gəlib. Onlardan hansının satılacağına gəlincə, bu alınacaq təkliflərdən asılı olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17585 səs