10/12/2018
10:21
875
| A A A
2 oyun da təxirə düşdü

 Futbol üzrə Fransa Liqasında XVII turun daha iki oyunu təxirə salınıb.

Goal.az Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan Anger – Bordoeaux və Nimes – Nantes matçları Fransa hökumətinin tələbi ilə başqa tarixdə keçiriləcək. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, daha öncə XVII turun Monaco – Nice, Saint-Etienne – Marseille, Tolousa – Lyon və PSG - Montpelier görüşləri də eyni səbəbdən təxirə salınıb.