19/12/2018
15:31
3017
| A A A
"Get, sən PSG-yə lazım deyilsən, get”

Yarımmüdafiəçi Adrien Rabyo PSG ilə müqaviləsini artırmaq təklifini növbəti dəfə rədd edib.

Goal.az xəbər verir ki, onun bu hərəkəti klubin fanatlarını hiddətləndirib. Fanatlar sonuncu matça əllərində “Rabyo, sən PSG-yə lazım deyilsən, get” sözü yazılan bannerlə çıxıb. Məsələyə münasibət bildirən baş məşqçi Tomas Tuxel deyib: “Rabyo klubdan ayrılmağı çoxdan planlaşdırır. Heç kim ona mane olmayacaq. Azarkeşləri qınamıram”.

Yarımmüdafiəçinin Barcelona ilə danışıqlar apardığı bildirilir.