27/12/2018
11:15
1417
| A A A
Buffon PSG-də qalır, yoxsa gedir?

PSG qapıçı Canluici Buffonla yolları ayırmaq fikrində deyil.

Goal.az xəbər verir ki, 40 yaşlı qolkiperlə yeni müqavilə bağlanacaq.

Yayda Juventus-dan transfer olunan italiyalı ilə 1+1 sistemli müqavilə imzalanmışdı. Buffon özünü yaxşı tərəfdən göstərəcəyi halda mövsümün sonunda yeni birillik sözləşmə qüvvəyə minəcəkdi. Paris təmsilçisi isə yayı gözləməyə ehtiyac görməyib. Qolkiper yaxın günlərdə 2020-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.

Qeyd edək ki, Buffon bu mövsüm 13 oyunda 8 qol buraxıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2078 səs