31/12/2018
17:36
980
| A A A
Fransa klubunda məşqçi istefası

Fransa Liqası təmsilçisi Dijon baş məşqçisi Olivye Dall Ollyu ilə yolları ayırıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onunla müqavilə ləğv edilib. Buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Dijon Fransa Liqasında 16 xalla sonuncu-18-ci pillədə qərarlaşıb.