10/01/2019
12:10
2954
| A A A
PSG 4 ildən sonra uduzdu

Fransa Liqa kubokunun ¼ finalında gözlənilməz nəticə qeydə alınıb.

Goal.az xəbər verir ki, PSG Guingamp-a uduzub-1:2. Tomas Tuxelin komandası hesabda irəli olsa da, matçın sonlarında iki qol buraxıb və kubokla vidalaşıb. Paris klubu ölkə kuboklarında 2014-dən bəri məğlub olmurdu. Analoji turnirlərdə 44 qələbəsi var. Son 5 mövsümdə Liqa kubokunun qalibi olub.

Guingamp Fransa çempionatında turnir cədvəlinin sonuncu pilləsində yer alır. Cəmi iki oyunda qələbə qazanıb. 11 xalı var.