10/01/2019
16:29
1623
| A A A
Tuxel: “100 il gözləsəniz də”...

PSG-nin baş məşqçisi Tomas Tuxel Liqa Kubokunda evdə Guingamp-la oyunun (1:2) idarəçiliyindən narazı qalıb.

Goal.az xəbər verir ki, matçın hakimi parislilərin qapısına 3 penalti təyin edib. Qonaqlar ikisini qola çevirib. Tuxel deyib: “Bilmirəm rəqib qələbəyə layiq idi, yoxsa yox. Biz daha yaxşı oynadıq. Kifayət qədər qol vəziyyəti yaratdıq. İnamlı oynayırdıq. Qapımıza 3 penalti təyin edildi. İkinci penalti tamamilə əsassız idi. Hakim hətta videotəkrara da baxdı. Amma qərarını dəyişmədi. Matçın taleyini bu cür həll etmək olmaz. Bəlkə, hakim penalti təyinatından zövq alır? Real, Barcelona və ya Bayer Münich-in qapısında heç vaxt bir oyunda 3 penalti görməyəcəksiniz. 100 il gözləsəniz də, mümkün deyil”.