24/01/2019
21:00
2719
| A A A
Anri Monaco-nun əsas heyətindən kənarlaşdırıldı

Monaco-nun baş məşqçisi Tyerri Anriəsas komanda ilə işdən kənarlaşdırılıb.

Goal.az klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım yekun qərar qəbul edilənədək qüvvədə olacaq. Komandanı yanvarın 25-də məşqə Frank Passi çıxaracaq.

Bu gün Anri bir neçə futbolçunu əsas komandadan uzaqlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, qovulanların sayı o qədər çoxdur ki, adbaad saymaq olmur. Fransalı mütəxəssis yalnız öz gələcəyini düşünənlərə qarşı belə addım atdığını vurğulayıb. Əvəzedici heyətə göndərilənlər arasında rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin olmadığı da müəyyənləşib.

Fransa çempionatında 21 turdan sonra Monaco 15 xalla 19-cu yerdədir və eniş zonasında qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs