Jardim Monaco-ya qayıdır
Monaco-da yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.
Goal.az Mirror-a istinadən xəbər verir ki, knyazlıq təmsilçisinin yaxın 48 saatda Leonardu Jardimi yenidən klubun baş məşqçisi təyin edəcəyi iddia olunub. Bu halda o, hazırkı çalışdırıcı Tyerri Anrini əvəzləyəcək.
Baş məşqçi dəyişikliyinə səbəbin komandanın cari mövsüm uğursuz çıxışı olduğu bildirilib.
Qeyd edək ki, Jardim 2014-cü ildən 2018-ci ilin oktyabrına kimi Monaco-nu çalışdırıb. Sonra o, istefaya göndərilərək komandanın başına Tyerri Anri gətirilib.
Əlavə edək ki, Monaco hazırda Fransa liqasında 15 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub, Fransa kubokunda mübarizəni dayandırıb.
Ən maraqlısı hansıdır?
ÇEMPİONLAR LİQASI
AVROLİQA
AVROPA ÇEMPİONATI
DÜNYA ÇEMPİONATI