27/01/2019
12:46
2038
| A A A
Uğursuz 3 ay üçün 15 milyon avro
Tyerri Anrini istefaya göndərən Monaco buna görə ona kompensasiya ödəyəcək. 
 
Goal.az xəbər verir ki, klub onunla müqaviləni pozduğu üçün Anri 10 milyondan 15 milyon avroya qədər kompensasiya alacaq. Dəqiq rəqəm yaxın günlərdə açıqlanacaq. 
 
Anri Monaco-da ötən ilin oktyabrın 13-dən çalışırdı. O, komandanı Fransa çempionatında cəmisi 12 oyuna çıxarmışdı. Monaco bu oyunlarda 2 qələbə qazanmışdı. 
 
Qeyd edək ki, bundan sonra Monaco-ya yenidən Leonardo Jardim rəhbərlik edəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9556 səs