30/01/2019
13:34
2653
| A A A
Monaco-da ixtisarlar olacaq

Monaco-nun yeni baş məşqçisi Leonardu Jardim heyətə yenidən baxılmasını istəyir.

Goal.az xəbər verir ki, çalıçdırıcı bununla bağlı klub rəhbərliyinə müraciət edib.

“Şübhəsiz, Monaco-da yeni transferlər olacaq. Rəhbərlikdən xahiş etdim ki, futbolçu sayı azaldılsın. Heyətdə xeyli oyunçu var. Əksəriyyəti ehtiyatda qalır. Bu isə narazılığa səbəb olur. Buna yol vermək olmaz. Say azaldılmalıdır. Eyni zamanda, komandanı gücləndirmək vacibdir. Keyfiyyətli futbolçular almaq lazımdır. Kəmiyyət yox, keyfiyyət önəmlidir. Mən təkliflərimi bildirmişəm. Son sözü rəhbərlik deyəcək”, - çalışdırıcı bildirib.

Xatırladaq ki, Monaco Fransa Liqa Kubokunun yarımfinalında Guingamp-a penaltilər seriyasında uduzub (2:2, penaltilərdə 4:5).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28393 səs