31/01/2019
12:32
1890
| A A A
Klub prezidenti 2 illik cəzalandı

Ajaccio-nun prezidenti Leon Luçani ağır cəzaya məruz qalıb.

Goal.az-ın məlumatına görə, buna səbəb Nancy ilə qarşılaşmadan sonra onun hakimə qarşı davranışı olub.

Ötən il dekabr ayının 4-də Nancy ilə (1:1) Liqa2 görüşündə Luçani referiyə qarşı aqressiv hərəkətə yol verib. Bu səbəbdən o, 2 illik diskvalifikasiya olunub. O, bu müddətdə prezident vəzifəsini icra edə, ehtiyat oyunçular skamyasında otura və hakimlərin otağına girə bilməz.

Diskvalifikasiya fevralın 5-dən etibarən qüvvəyə minəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs