04/02/2019
12:16
1442
| A A A
Tuxel: “Təəssüf ki, PSG-də ikinci Neymar yoxdur”

PSG olkə çempionatının 23-cü turunda bu mövsümün ilk məğlubiyyətini yaşayıb.

Goal.az xəbər verir ki, Paris klubu Lyon-la bacarmayıb-1:2. PSG-nin baş məşqçisi Tomas Tuxel oyunu şərh edərkən deyib: “Birinci qolu buraxandan sonra komandam passiv oynadı. Ötürmələrdə dəqiqlik çatmırdı. Nə edəcəyimizi bilmirdik. İkinci yarıdan ümumiyyətlə xoşum gəlmədi. Lyon keyfiyyətli oyun göstərdi.Təəssüf ki, PSG-də ikinci Neymar və ya Veratti yoxdur. Di Mariya və Draksler yaxşı oynadı. Amma qol vəziyyətlərindən yararlana bilmədilər”, - Tuxel deyib.

Tuxelin klubu 56 xalla turnir cədvəlinə rəhbərlik edir. İkinci pillədə olan Lille liderdən 10 xal geri qalır. Qeyd edək ki, PSG-nin ehtiyatda iki oyunu var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7388 səs