08/02/2019
11:55
2823
| A A A
PSG-də ağır itki

PSG klubu ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Marko Verratti zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel klubun saytına açıqlamasında deyib.

Tuxel, Verrattinin komandanın son məşqini tamamlaya bilmədiyini, həftəsonu Liqa 1-də Bordeaux-la keçiriləcək matçda iştirakının sual altında olduğunu bildirib.

Verrattinin Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Manchester United-lə matçda da iştirakı şübhəlidir.

Xatırladaq ki, PSG-də Verrattidən əlavə, Neymar da zədəlidir. Braziliyalı futbolçunun aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28393 səs