10/02/2019
12:25
2999
| A A A
PSG-də daha bir ağır itki

PSG-nin hücumçusu Edinson Kavani zədələnib.

Goal.az xəbər verir ki, Fransa çempionatının 24-cü turunun Bordeaux-la matçının (1:0) ilk hissəsinin sonlarında bud nahiyyəsindən xəsarət alan uruqvaylı futbolçu oyunu davam etdirə bilməyib və Kilian Mbappe ilə əvəzlənib.

Hələlik 31 yaşlı forvardın son durumu ilə bağlı klubdan məumat verilməyib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin Manchester United-lə oyununda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Manchester United - PSG oyunu fevralın 12-də keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs