06/04/2019
16:02
2040
| A A A
İngiltərənin ən varlı adamı Fransa klubunu almaq istəyir

İngiltərənin ən varlı şəxsi hesab olunan Cim Retkliff Fransanın Nice futbol klubunu almaq istəyir.

Goal.az AFP-yə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Robert Retkliff məlumat verib.

O, bütünlüklə yenidən qurulmalı olan bir klub almaq istəmədiklərini söyləyib: "Nice böyük bir stadiona və müasir təhsil mərkəzinə malikdir".

Robert Retkliff qardaşının "Manchester United fanatı olduğunu və futbola sərmayə qoymaq istədiyini deyib. Nice-nın sahibi olan Çien Li klubun satılması təklifinə rədd cavabı verib. O, klubu satmağa hazır idi. Amma sonra bizə məlumat verildi ki, o, başqa təklifləri dəyərləndirmək istəyir".

Qeyd edək ki, 2017-ci ildə İsveçrənin Lozanna komandasını satın alan Cim Retkliffin sərvətinin 24.5 milyard avro olduğu deyilir. 

(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs