08/04/2019
20:25
1522
| A A A
Veratti ayrılıq xəbərlərinə münasibət bildirdi

PSG-nin futbolçusu Marko Verratti haqqında çıxan transfer iddialarına aydınlıq gətirib.

Goal.az "France Football"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi uzun müddət Paris klubunda qalmaq istədiyini deyib: "Hər zaman özümü PSG-də yaxşı hiss etdiyimi demişəm. 7 ildir bu klubdayam və ilk gündəki iştahla oynayıram. PSJ-nin planlaırna və komanda yoldaşlarıma inanıram. Müqavilə barədə qərarı klub verəcək. Hələ müqaviləmin başa çatmasına 2 il qalıb. Uzun müddət PSG-də qalmaq istədiyimi söyləyə bilərəm".

Qeyd edək ki, İtaliya millisinin üzvü 2012-ci ildən PSG-də çıxış edir. Verrati cari mövsüm 26 oyuna 1 qol vurub, 3 assist edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs