20/04/2019
14:15
1015
| A A A
Monaco və PSG futbolçuları Notr Damın rəmzi olan forma ilə oynayacaqlar

Monaco və PSG Fransanın birinci Liqasının 33-cü turu yanğın nəticəsində zərər çəkmiş Notr-Dama dəstək olaraq xüsusi rəmzi olan futbol köynəkləri ilə oynamaq barədə qərar qəbul edib.

Bu barədə Goal.az xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, matça həmçinin Parisin məşhur kilsəsində baş vermiş yanğının söndürülməsində iştirak etmiş 500 xilasedici dəvət edilib. Onlardan 2-i topa simvolik olaraq birinci zərbəni endirəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində ("Notr-Dam de Pari"-red) yanğın baş verib. Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs