22/04/2019
13:48
1918
| A A A
Mbappe çempionluq gecəsində Fransa çempionatının tarixinə düşdü

PSG-nin futbolçusu Kilian Mbappe Fransa çempionatının tarixinə düşüb.

Liqa 1-in XXIII turunda Monaco ilə matçda (3:1) het-trik edən 20 yaşlı hücumçu bu mövsüm çempionatda vurduğu qolların sayını 30-a çatdırıb ki, bu da rekord göstəricidir. O, 30 qol həddinə çatan ən gənc futbolçu olub. Mbappe keçmiş hücumçu Erve Revellinin rekordunu yeniləyib.

Kilian bu mövsüm ümumilikdə 40 oyunda 36 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22440 səs