28/04/2019
15:29
1325
| A A A
Metz yenidən elitada

Növbəti mövsümdən Fransa Liqa 1-də çıxış edəcək ilk klub müəyyənləşib. Goal.az xəbər verir ki, Liqa 2-nin lideri Metz gələn mövsüm elitada mübarizə aparacaq.

XXXV turda Red Star üzərində səfər qələbəsi qazanan komanda xallarının sayını 75-ə çatdırıb. Metz sona 3 tur qalmış ilk iki pilləni təmin edib və Liqa 1-ə vəsiqə qazanıb.

Qeyd edək ki, Metz ötən mövsüm yüksək liqada sonuncu yeri tutaraq ikinci dəstəyə yuvarlanmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5868 səs