29/04/2019
20:40
2883
| A A A
PSG Tuxelə əvəzləyici tapdı

PSG baş məşqçisi Tomas Tuxellə yollarını ayırmağa hazırlaşır.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis artıq komandaya söz keçirə bilmir.

Bu səbəbdən rəhbərlik onunla uğur qazanılmayacağını düşünür. Parislilər hətta yeni çalışdırıcılarını da seçiblər. Klub Newcastle-ın baş məşqçisi Rafael Benitesi bu posta gətirməyi planlaşdırır. Tuxellə müqaviləyə xitam verildikdən sonra Beniteslə danışıqlara başlanılacaq.

Qeyd edək ki, Liqa 1-in çempionu olan PSG Fransa kubokunun finalında Rennes-ə uduzub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15691 səs