03/05/2019
16:30
1089
| A A A
Mbappe 3 oyunluq cəzalandı

Fransa Futbol Federasiyası PSG-nın futbolçusu Kilian Mbappeni 3 oyunluq cəzalandırıb.

Səbəb 21 yaşlı hücumçunun Fransa Kubokunda Rennes komandası ilə final matçının 118-ci dəqiqəsində qırmızı vərəqə almasıdır. Diskvalifikasiya çempionat qarşılaşmaları daxil olmaqla, bütün turnirlərdə tətbiq ediləcək. 

Qeyd edək ki, Rennes - PSG matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə Rennes 6:5 hesabı ilə qələbə qazanıb. Beləliklə, Kilian Mbappe Fransa çempionatında Nice, Angers və Dijon-la matçlarda iştirak edə bilməyəcək. O, qırmızı vərəqə aldığı üçün XXXIV turda Monpellier ilə matçda da meydanda olmayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs