03/05/2019
17:56
1606
| A A A
Qətər PSG-ni maliyyələşdirməkdən imtina edir

Qətər hakimiyyəti PSG-ni maliyyələşdirməyi dayandıra bilər.

Goal.az xəbər verir ki, ərəblər PSG-nin imicindən narazıdırlar. Məlumata görə, Qətər rəsmilərini klubun Çempionlar Liqasındakı çıxışı qane etmir.

Üstəlik, onlar komandanın ətrafında maliyyə feyr-pleyinin pozulması ilə bağlı yayılan məlumatlardan da narahatdırlar. Qətərdə hesab edirdilər ki, xərclənən külli miqdarda vəsait hesabına PSG bütün dünyada tanınacaqdı. Ancaq bu plan baş tutmayıb.

PSGJ ÇL-in 1/8 finalında Manchester United-ə məğlub olaraq mübarizəni dayandırıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15685 səs