07/05/2019
20:06
1268
| A A A
Monaco-da ciddi itki

Monaco klubu ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin qapıçısı Daniel Subaşiç zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Liqa 1-in 35-ci turunun Sent-Ettien-lə matçının (2:2) ilk hissəsində zədələnən xorvat qapıçının, mövsümün qalan hissəsində iştirak etməyəcəyi bildirilir.

Cari mövsümdə uğursuz çıxış edən Monaco, 35 turdan sonra 33 xalla 17-ci sırada qərarlaşıb. Leonardo Jardimin rəhbərlik etdiyi kollektiv 18-ci sırada yer alan Can-ı 3 xal qabaqlayır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15685 səs