28/06/2019
18:29
3489
| A A A
PSG-dən 13 illik müqavilə

Fransanın PSG klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

Goal.az xəbər verir ki, Paris təmsilçisi “Nike” şirkəti ilə müddəti 2032-ci ilə qədər olan yeni sponsorluq sözləşməsinə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransa mətbuatının iddiasına görə, PSG bu razılaşmaya görə bir mövsümdə 75 milyon avro qazanacaq.