02/07/2019
10:17
5137
| A A A
Neymarın PSG-nin heyətində meydana çıxmaq fikri yoxdur

Fransanın PSG futbol klubunun hücumçusu Neymar komandanı yaxın transfer pəncərəsi dövründə tərk etmək niyyətindədir.

Oyunçu tətil etməyi planlaşdırır və klubun yay toplanışında iştirak etməyəcək. Buna səbəb Neymarın parislilərin heyətində qəti şəkildə oynamaq istəməməsidir.

Futbolçu Barcelona-ya satılmasını istəyir. O, artıq klubla 5 illik müqaviləni də razılaşdırıb. Lakin PSG kosmik məbləğdə pul ödədiyi Neymarı transfer etmək istəmir. Bundan əlavə, mövsümdə Neymarın transfer qiyməti də azalıb.

Neymar PSG-yə Barcelona-dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Paris klubu futbolçunu aldığı məbləğdən ucuz qiymətə satmaq fikrində deyil.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs