Fransada məşqçi istefası
Nantes baş məşqçisi Vahid Halilhodziçlə yolları ayırıb. Goal.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
67 yaşlı mütəxəssislə klub prezidenti Valdemar Kita arasında görüş keçirilib. Məhz bu görüşdə Halilhodziçin istəyi ilə onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Halilhodziç ötən ilin oktyabrından Fransa klubunu çalışdırırdı.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR