26/08/2019
15:33
1825
| A A A
Mbappe bir neçə turu buraxacaq

PSG Liqa1-in III turunda Toulouse üzərində qələbə qazansa da (4:0), iki aparıcı futbolçusunu itirib.

Goal.az xəbər verir ki, hücumçular Edinson Kavani və Kilian Mbappe zədələnərək, görüşü yarımçıq tərk edib.

Kavani 14, Mbappe isə 66-cı dəqiqədə əvəzlənib. İkincinin durumuna artıq aydınlıq gəlib. Tibbi müayinədən keçən fransalı forvardda əzələ yırtığı aşkarlanıb. Həkimlər gənc oyunçunun 3 həftə və ya 1 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Kavaninin zədəsi barədə dəqiq diaqnoz isə tezliklə qoyulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs