20/09/2019
10:43
1278
| A A A
Fransada Liqa Kuboku ləğv olunur

Fransa Futbol Liqası Liqa Kubokunu keçirməkdən imtina edib.

Goal.az BBC-yə istinadən xəbər verir ki, qurum növbəti ildən etibarən bu yarışı təşkil etməyəcək.

1994-cü ildən bəri hər mövsüm keçirilən turnirdə I və II divizionun klubları, həmçinin 3-cü liqanın bəzi təmsilçiləri iştirak edirlər. Kubokun sonuncu sahibi Strasburg-dur. PSJ isə bu turnirin ən çox - 5 dəfə qalibi olan komandadır.

Bildirilib ki, bu, bir mövsümdəki oyunların sayını azaltmağa və futbolçuların sağalması üçün vaxt qazandırmağa imkan verəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs