Mbappe Lyon-la matçda iştirak edə biləcək
Fransa Liqa 1-in növbəti turunda Lyon-la qarşılaşacaq PSG-nin zədəli futbolçusu sağalıb.
Goal.az xəbər verir ki, Paris klubunun 20 yaşlı hücumçusu Kilian Mbappe zədəsini sağaldıb. Liqa 1-in 3-cü turunda Toulouse ilə oyunda (4:0) zədələnən futbolçunun Lyon-la qarşılaşmada meydanda olacağı gözlənilir.
Komandanın digər zədəlisi Edinson Kavaninin isə müalicə dövründə olduğu və fərdi məşqlər etdiyi bildirilir.
Qeyd edək ki, Lyon – PSG matçı sabah, saat 23:00-da start götürəcək.