08/10/2019
11:14
952
| A A A
Lyon-da məşqçi istefası

Lyon baş məşqçisi Silvinyo ilə yollarını ayırır.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Qeyd olunub ki, komanda baş məşqçilə müqavilənin ləğvinə səbəb olacaq prosedura başlayıb. Bu prosedur zamanı komandanın məşq prosesinə Silvinyonun köməkçisi Jerald Batikl rəhbərlik edəcək.

Ona isə klubun idman direktoru Juninyo Pernambukano nəzarət edəcək.

Qeyd edək ki, Fransa Liqasının 9-cu turunda Lyon 90-cı dəqiqədə qapısına top buraxaraq Saint Etienne-ə məğlub olub (0: 1). Bunula da klub 9 oyunda 9 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 14-cü yeri tutur.