15/12/2019
13:28
5891
| A A A
Arvadından məşhur futbolçuya şok qadağa

PSG İnter-dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququnu almaq istəyir.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. İddia olunur ki, Paris klubu 26 yaşlı argentinalı üçün "İnter"ə 70 milyon avro təklif ödəməyə hazırdı.

Forvard özü də PSG-də qalmaq istəyir. Amma həyat yoldaşı və meneceri Vanda Nara buna qarşıdı. O, ərinin Real Madrid və Juventus kimi klublara transferini istəyir. Bu səbəbdən həm də müştərisi olan həyat yoldaşına PSG ilə danışıqlar masasına oturmağı qadağan edib.

Qeyd edək ki, PSG İkardini 2020-ci ilin yayınadək icarəyə götürüb. O, Paris klubunun heyətində keçirdiyi 15 rəsmi oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. (fanat.az)