24/01/2020
12:16
1805
| A A A
17 yaşlı futbolçu PSG-nin tarixinə keçdi

PSG Fransa kubokunun yarımfinalında Reims-i məğlub edib.

Goal.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Paris təmsilçisinin futbolçusu Tanqu Kuassi üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Reims-lə matçda Kuassinin vurduğu qol PSG-nin tarixində 4000-ci qol olub. PSG-nin yetirməsi olan 17 yaşlı müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qoluna imza atıb.