31/01/2020
15:24
1482
| A A A
PSG-də ciddi itki

PSG ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Kolin Daqba sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransa kubokunun Pau ilə matçında (2:0) zədələnən Daqba, 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

2018-ci ilin yayından PSG-nin əsas komandasında çıxış edən 21 yaşlı müdafiəçi bu mövsüm 15 matça çıxıb.