08/02/2020
10:54
1047
| A A A
Fransa klubunda yeni müqavilə

Bordeaux Jimmi Brianla yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi 34 yaşlı hücumçuyla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Rennes, Lyon, Hannover və Guingamp-ın formasını geyinən Brian, 2018-ci ilin yayından Bordeaux-dadır. Hücumçu 5 dəfə də Fransa milli komandasının şərəfini qoruyub.

O, 2012-ci ildən yığmaya çağırılmır. Bu mövsüm Liqa 1-də 20 oyunda iştirak edən Brian, 6 qol vurub.