08/02/2020
16:22
1977
| A A A
Venger klub prezidenti ola bilər

Son iş yeri Arsenal olan Arsen Vengerin yeni vəzifəsi klub prezidenti ola bilər.

Goal.az xəbər verir ki, bu barədə L'Equipe nəşri xəbər yayıb. 70 yaşlı mütəxəssis Rennais-ə prezident seçilə bilər. Fransa klubunun keçmiş prezidenti Oliver Letanqdan sonra bu vəzifənin boş qaldığı bildirilib.

Qeyd edək ki, Rennais dünyanın ən varlı sahibkarlarından biri Fransios Pinolta məxsusdur.