13/02/2020
19:37
4682
| A A A
Mbappe bunu bacaran ilk futbolçu oldu

PSG Fransa kubokunun 1/4 finalında Dijon-la qarşılaşıb.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin 6:1 hesabıyla qalib gəldiyi matçda Kilian Mbappe yeni uğura imza atıb.

Belə ki, Dijon-la oyunda da qol vurmağı bacaran Mbappe, PSG-nin heyətində bu mövsüm bütün turnirlərdə də qol vuran ilk futbolçu olub. 21 yaşlı hücumçu Liqa 1-də 15, Liqa kubokunda 5, Çempionlar Liqası, Fransa kuboku və Fransa superkubokunda eyni sayda – 1 qol vurub.