24/02/2020
18:26
2160
| A A A
Mbappe PSG tarixində 7-ci oldu

Fransa Liqasının 23-cü turunda Bordeaux ilə oyun (4:3) PSG-nin hücumçusu Mbappe üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində qol vuran fransalı forvard komandasında 85-ci qoluna imza atıb. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.

Qeyd edək ki, komandanın bugünə qədər ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçu PSG forması ilə 200 qol vurub.