05/03/2020
19:37
2248
| A A A
Kavani 300-ə çatdı

PSG Fransa kubokunun yarımfinalında Lyon-u məğlub edib.

Goal.az xəbər verir ki, 5:1 hesabıyla bitən qarşılaşma Paris təmsilçisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, Lyon-la matçda forma geyinən Kavani, PSG ilə 300-cü rəsmi oyununa çıxıb.

Uruqvaylı hücumçu PSG tarixində ən çox oyun keçirən 9-cu futbolçu olub.