06/03/2020
14:26
2306
| A A A
Monaco-nun futbolçusuna 6 aylıq cəza

Monaco-nun futbolçusu Jelson Martins cəzalandırılıb.

Goal.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Portuqaliyalı hücumçu Fransa Liqa 1-in 22-ci turunun Nimes-lə matçında (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. 25 yaşlı futbolçu daha sonra referini itələyərək, etirazını bildirmişdi.

Fransa Futbol Federasiyasının İntizam Komitəsi Martinsi 6 aylıq diskvalifikasiya edib. Futbolçunun cəzasının müddəti fevralın 6-dan hesablanacaq.