20/04/2020
19:37
1169
| A A A
Fransa çempionatı bu tarixdə bərpa oluna bilər

Fransa Liqası rəhbərliyinin bu mövsümün bərpası ilə bağlı planları müəyyənləşib.

Goal.az xəbər verir ki, liqa rəhbərliyi mövsümü iyunun 17-i yenidən başlamaq və iyulun 25-i tamamlamaq istəyir.

2020/2021 mövsümünə avqustun 22-i başlamaq hesablanır.

Bu planların rəsmiləşməsi üçün karantinlə bağlı yeni qərarın gözlənildiyi bildirilib.

Qeyd edək ki, martın 10-dan təxirə salınan Fransa Liqasında mövsümün başa çatmasına 10 tur qalıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5930 səs