29/04/2020
10:00
3031
| A A A
Fransa çempionatı ilə bağlı qərar verildi - RƏSMİ

Fransada koronavirus pandemiyasına görə futbol liqalarının vaxtından əvvəl başa çatdırılması qərara alınıb.

Goal.az xəbər verir ki, bunu Fransanın baş naziri Eduard Filip parlamentdəki bugünkü çıxışı zamanı deyib. O, Liqa 1 və Liqa 2-də 2019/2020 mövsümünü bitirməyin mümkün olmadığını bildirib.

Avrokuboklara kimin gedəcəyinin mayda yekun cədvəli müəyyənləşdirdikdən sonra açıqlanacağı, 2020/2021 mövsümünün isə avqustda başlayacağı gözlənilir.

Fransa Liqa 1 TOP-5 liqalar içində ləğv olunan ilk çempionatdır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də, 28-ci turda dayandırılan Fransa Liqa 1-də PSG 68 xalla lider, Marseille 56 xalla 2-ci, Rennes 50 xalla 3-cü, Lille 49 xalla 4-cüdür.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5932 səs