01/05/2020
10:24
1317
| A A A
PSG-nin çempionluğu rəsmiləşdi

PSG-nin Liqa 1-də 2019/20 mövsümünün çempionu olması rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında mövsümün davam etdirilməsinə ölkə rəhbərliyi icazə verməyib. Fransanın baş naziri Eduard Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı.

Bu gün isə turnirin rəsmi saytı da bu barədə yekun qərarını açıqlayıb. 27 turdan 68 xal toplayan PSG yarımçıq qalan mövsümün qalibi elan olunub. Bu, PSG-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğudu. 28 qarşılaşmada 58 xal toplayan Marseille 2-ci, 50 xalı olan Rennes isə üçüncü yeri tutub.

Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan Amien və Toulouse Liqa 2-yə düşüb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5570 səs