08/05/2020
21:28
1484
| A A A
PSG-dən 42 yaşlı futbolçu ilə yeni müqavilə

PSG klubu qadınlardan ibarət komandanın üzvü Formiqa ilə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin 30 iyununa qədərdi.

Tam adı Miraildes Maciel Mota olan futbolçu 2017-ci ildən PSG-də çıxış edir. O, bu komandada indiyə qədər 77 oyuna çıxıb.

Formiqa gələn il karyerasının 27-ci mövsümünü keçirəcək. Bu müddət ərzində Braziliya yığmasında 198 oyuna çıxan futbolçu, yeddi dünya çempionatının iştirakçısı olub. O, bu göstəricidə rekordçudur. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
20921 səs