29/10/2020
13:51
1697
| A A A
PSG-də şok itki

PSG-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Başakşehir-lə matçda zədələnib.

Goal.az xəbər verir ki, o, görüşün 26-cı dəqiqəsində sıradan çıxıb və Pablo Sarabia ilə məcburi əvəzlənib.

Matçdan sonra Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel braziliyalı hücumçunun zədəsi ilə bağlı bunları deyib: "Onu əvəzləməli idim. Şiddətli ağrıları yox idi, ancaq özünü narahat hiss edirdi. Sıx oyun qrafiki səbəbindən o, bir neçə matç buraxa bilər. Ümid edirəm ki, ciddi zədə deyil. Testlərin nəticəsini gözləməliyik".

Qeyd edək ki, Başakşehir - PSG görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs