01/12/2020
15:15
2046
| A A A
Türk futbolçu Fransanı fəth etdi

35 yaşlı türk futbolçu Burak Yılmaz performansı ilə Fransanı fəth edib.

Goal.az xəbər verir ki, o, vurduğu qollarla bombardirlər siyahısında 6-cı sırada yer alıb.

6 qolunu 3 asistlə birləşdirən Yılmaz komandasının liqada vurduğu qolların 41 faizinə imza atıb.

Lille-nin baş məşqçisi Kristofer Qaltier də futbolçunun bacarığını yüksək qiymətləndirib və bu sözləri deyib:

"Burak Yılmaz əsl hücumçudur. Meydanda soyuqqanlı ovçu kimidir. 35 yaşında olmasına baxmayaraq, son anadək vuruşmaq istəyir".

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24617 səs