25/12/2020
14:28
2172
| A A A
PSG Tuxelin əvəzləyicisini tapdı

PSG-nin istefaya göndərdiyi deyilən baş məşqçisi Tomas Tuxelin əvəzləyicisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Paris klubunun rəhbərliyi Maurisio Poçettino ilə anlaşıb.

Məlumata görə, Paris klubu 48 yaşlı mütəxəssislə üç illik müqaviləyə imza atacaq. Poçettinonun qış transfer dövründə İnter-dən ayrılacağı dəqiqləşən Kristian Erikseni də Fransaya aparmaq istədiyi bildirilir.

Poçettino son olaraq Tottenham-də çalışıb.

PSG-nin baş məşqçi postuna namizədlər arasında son olaraq Juventus-u çalışdıran Massimiliano Alleqrinin də adı çəkilir.

Mətbuatda Tuxelin istefaya göndərildiyi deyilsə də, klub bu məlumatı təsdiqləməyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24504 səs